Bakıda inanılmaz hadisə: Yasda Allahı və peyğəmbəri söydü, qan töküldü TƏFƏRRÜAT

647
Bakıda inanılmaz hadisə: Yasda Allahı və peyğəmbəri söydü, qan töküldü TƏFƏRRÜAT

Bakıda qətl törətməkdə təqsirləndirilən Vüqar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mynews.az Publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.

Daha sonra çıxış etmək üçün prokurora söz verilib. Prokuror çıxışa hazır olmadığını, çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

Hakim prokurora çıxış etmək üçün vaxt verib. Növbəti proses aprelin 24-də davam edəcək.

İttihama görə, ötən ilin oktyabrında Xətai rayonu ərazisində paytaxt sakini, 31 yaşlı Vüqar Həsənov Elşən Məmmədovla mübahisə edib.

Mübahisəyə səbəb isə mərhumun Allahı və peyğəmbəri söyməsi olub.

Belə ki, Elşən Məmmədovun azyaşlı övladı xərçəng xəstəliyindən dünyasını dəyişib. Vüqar Həsənov da dostunun oğlunun yas mərasimi günü orada iştirak edib. Elşən Məmmədov oğlunun ölməsinə görə Allahı və peyğəmbəri günahkar bilib və nalayiq ifadələr işlədib.

Daha sonra Vüqar Həsənov dostuna etiraz edib.

Bundan sonra hər iki şəxs arasında mübahisə yaranıb. Onlar mübahisərini yas mərasimindən kənarda etməyə başlayıblar.

Mübahisə qanlı sonluqla nəticələnib. Onlar əvvəl bir-birilərinə bıçaqla xəsarətlər yetiriblər.

Nəticədə ağır xəsarət alan Vüqar Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı şəxs isə hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, onlar eyni məhəllədə yaşayıb və dost olublar. Hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər.

Xəbər lenti