"8 Mart və digər özəl bayramlarda şagirdlərdən pul istənilməsinin bir çox hallarda təşəbbüskarları müəllimlərdir".
Bunu açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sədri Məhəbbət Vəliyeva deyib.
O qeyd edib ki, Təhsil Nazirliyinə anonimliyi istisna olmaqla daxil olan şikayətlər dərhal araşdırılır.
"Bu günə qədər nazirliyə hər hansı şikayət daxil olmayıb. Şikayət olunduğu təqdirdə dərhal reaksiya veriləcək. Biz bu məsələlərin qəti əleyhinəyik. Məktəblərdə pul yığılması ilə bağlı daim ictimaiyyətdə narazılıqlar eşidilir. Lakin bunların təşkilatçısı elə valideynlər özləridir. Ona görə narazılığımızı kimə yönləndirdiyimizə baxmalıyıq".
M.Vəliyeva vurğulayıb ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərin etimadından sui-istifadə hallarına yol verilməsinin əleyhinədir.
"Düşünürük ki, məktəb bu istiqamətdə valideyn təşkilatları ilə söhbət aparmalıdır. Mütəmadi bu barədə danışılmalıdır. Bu məsələ nəzarətə götürülməlidir. Bir çox hallarda şikayətləri araşdırarkən valideynlərin ərizələri ilə rastlaşırıq. Həmin ərizələrdə onlar könüllü şəkildə müəllimlərini bu və ya digər səbəbdən təbrik etmək istədiklərini qeyd edirlər. Bəlkə də burada qəbahət yoxdur. Biz məktəb rəhbərliyi, müəllimlər tərəfindən məcburi şəkildə təşkilatçılığın əleyhinəyik. Əgər hər hansı valideyn digər validenyləri bu məsələyə məcbur edirsə, biz bunun əleyhinəyik. Valideynin öz övladının müəllimini təbrik etməsində qəbahət görmürəm. Hamısı qarşılıqlı hörmət, etibar şəklində olmalıdır. Biz bunun tərəfdarıyıq".
///azvision.az
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub