Ötən gün Xalq artisti Azər Zeynalovun prodüserliyini etdiyi “Qaranlıq” adlı filmin təqdimat mərasimi keçirilib.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, dram-dedektiv janrında çəkilən filmin rejissoru, bəstəkarı və ssenari müəllifi Kənan Zeynalov, operatoru və montajçısı İsmayıl Zeynalovdur.
Türkiyədə təhsil alan iki gəncin debüt işində ataları, Xalq artisti Azər Zeynalov onlara dəstək olub.
Ekran işində Azərbaycanın Xalq artisti Ramiz Məlik, Əməkdar artist Gülşad Baxşıyeva, Murad İsmayıl, Faiq Mirzəyev, Əzizağa Əzizov, Lalə Hüseynzadə və Nərmin Hüseynova çəkiliblər.
Rejissorun sözlərinə görə, filmin ssenarisi 2015-ci ildən yazılmağa başlanıb və ötən il yekunlaşıb.
“Film hər hansı bir sponsorun köməyi olmadan ərsəyə gəlib. Baş rolu Lalə Hüseynzadə oynayıb. Lalə peşəkar olmayan bir aktrisa idi, amma bu rolu rejissor və ssenarist kimi ona həvalə etdim”, - deyə K. Zeynalov bildirib.
Ekran əsərinin büdcəsi açıqlanmasa da, maliyyə xərclərinin çox az olduğu diqqətdən yayınmayıb.
Filmin kadrarxasında isə beş nəfərlik heyət çalışıb.
Ekran işində baş rolu canlandıran aktyor Murad İsmayıl isə yeni işbirliyindən məmnunluq duyduğunu bildirib.
Qala gecəsində bir sıra sənət nümayəndələri iştirak etsə də, tanınmışların sayı az olub.
1
Niyə Donald Tramp Hitlerlə müqayisə olunur?
1171 dəfə oxunub
2
XI sinfin buraxılış imtahanında dəyişiklik edilir
1141 dəfə oxunub
3
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1137 dəfə oxunub
4
Novruzun ilk çərşənbəsinin tarixi
1135 dəfə oxunub
5
Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşı dünyasını . dəyişdi
1117 dəfə oxunub