Cəlilabadda süpürgəçiyə təcavüz edən müəllimin şəkli paylaşıldı - FOTOLAR
Xəbər saytlarında Cəlilabad rayon Muğan kənd orta məktəbinin ibtidai sinif müəllimi Namiq Babayevin məktəbin qadın mühafizəçisini zorladığı barədə xəbərlər yayılıb.
Mynews.az moderator.az-a istinadən xəbər verir ki, məsələylə bağlı Cəlilabad rayon polis bölməsindən bildiriblər ki, Namiq Babayev qadın mühafizəçini şantaj etdiyi üçün artıq həbs edilib:
"Namiq Babayev 2017-ci ildə işlədiyi məktəbin qadın mühafizəçisi ilə intim münasibətdə olarkən mobil telefonla videoya çəkib. Dünən bu videonu kənd sakinləri arasında yayaraq qadını şantaj etməyə başlayıb. Bundan sonra kənd sakinləri Namiq Babayevin evinə hücum edərək onun kənddən çıxmasını tələb ediblər. Polis əməkdaşları hadisə yerinə gələrək insidentin qarşısını alıblar. Hər iki şəxs polis bölməsində dindirilib. Namiq Babayev qadını şantaj etdiyi üçün həbs edilib. Hal-hazırda Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 150.1 (seksual xarakterli zorakılıq hərəkətləri) və 242-ci (pornoqrafik materialları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.
Əməkdaşımızın əldə etdiyi məlumata görə Namiq Babayev əslən Cəlilabadın Çinarlı kəndindəndir. Onun Muğan kəndində bacısı yaşayır. Namiq də sonradan Muğan kəndində ev tikərək burda yaşamağa başlayıb. Kənd sakinləri bildiriblər ki, bu şəxs həm məktəbdən, həm də kənddən çıxmalıdır.
Əks halda burda qan davası düşəcək.
Cəmiyyət
- Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
- “Nikosayağı” qəzaya düşdüyü avtomobilinin nömrəsini satışa çıxardı - MƏBLƏĞ
- Sakinlərin NƏZƏRİNƏ - Bəzi ərazilərdə qaz olmayacaq
- Prezident ailəsi ilə “Sea Breeze”də
- Elnur Allahverdiyevin evini başına uçururlar
- Qarabağa getmək istəyənlərin nəzərinə! - Sabah saat 11:00-da...
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycan nefti cüzi ucuzlaşıb 1138 dəfə oxunub
- “Nikosayağı” qəzaya düşdüyü avtomobilinin nömrəsini satışa çıxardı - MƏBLƏĞ 1057 dəfə oxunub
- Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 1056 dəfə oxunub
- Sakinlərin NƏZƏRİNƏ - Bəzi ərazilərdə qaz olmayacaq 1041 dəfə oxunub
- Lamiyə Vəliyeva - Medalımı Azərbaycan xalqına həsr edirəm 951 dəfə oxunub