Bu gün Prezident İlham Əliyev "Əfvetmə haqqında Əsasnamə” Azırvbaycan respublikası qanununda dəyişikliklər edilməsi barədə fərman verib.
Mynews.az bildirir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816 VQD nömrəli Qanununun icrası ilə əlaqədar belə qərar alınıb:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 475; 2003, № 6, maddə 290; 2010, № 1, maddə 8; 2011, № 10, maddə 890) ilə təsdiq edilmiş "Əfvetmə haqqında Əsasnamə”yə 1. 8.1-ci bəndə "islah işləri,” sözlərindən sonra "azadlığın məhdudlaşdırılması,” sözləri əlavə edilib.
Bununla yanaşı, 13-cü bənddə "İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin” sözləri "Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin” sözləri ilə əvəz olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub