"Formula 1 Azərbaycan qran prisi" yarışları ilə əlaqədar aprelin 23-dən rayon qeyydiyyatlı avtomobillər Bakıya buraxılmayacaq. Bakı qeydiyyatında olmayan avtomobillər şəhərə daxil olduğu zaman isə xüsusi duracaqlara yerləşdiriləcək. Bu qadağa xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinə şamil edilməyəcək.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, rayon qeydiyyatlı maşınlar Bakıya buraxılmayacaq.
Aprelin 23-dən Növbəti "Formula 1 Azərbaycan Qran Prisi" yarışları ilə əlaqədar paytaxtda qeydiyyatda olmayan minik və yük avtomobillərinin şəhərə girişinə qadağa qoyulacaq.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyevin sözlərinə görə həmin müddət ərzində paytaxa daxil olmaq istəyən rayon qeydiyyatlı avtomobillər xüsusi duracaqlara yerləşdiriləcək.
Bakıya gəlmək istəyən rayon sakinlərinə tövsiyə olunur ki, avtobuslardan ,Sumqayıt sakinləri isə avtobuslarla yanaşı Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə etsinlər.Qadağanın nə vaxt aradan qaldırılacağı tarix isə hələ ki məlum deyil.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub