Hadisələrin necə inkişaf edəcəyini demək çətindir.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın yeni seçilmiş baş naziri Serj Sarkisyan erməni telekanalına müsahibəsi zamanı İrəvandakı aksiyaları şərh edərkən deyib.
“Çox təəssüf ki, biz bir dəfə bu çətin yolu keçmişik. Əgər ikinci dəfə keçmək istəyirlərsə, mən nə deyə bilərəm?”, - Sarkisyan deyib.
O əlavə edib ki, Ermənistan hökuməti və təhlükəsizlik orqanları keçmiş hadisələrin təkrarlanmaması üçün hər şey edəcəklər.
Onun sözlərinə görə, ona aksiyaların məqsədi müəyyən qədər aydındır: onlar baş nazirin seçiləcəyi parlament iclasına müdaxilə etmək istəyirdilər. Ancaq iclas baş tutdu.
“Onlar indi nəyə nail olurlar? Bu binaya gəlib, idarə etmək istəyirlər? Tutaq ki, buna nail oldular. Onları kim tanıyacaq? Onlar qanuni və legitim hökumət olacaqlar? Serj Sarkisyan xalqı qıcıqlandıran qeyri-legitim, onlar isə insanları sakitləşdirən legitim hakimiyyət olacaq?”, - Sarkisyan bildirib.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub