Azərbaycanlı ifaçı, “Səs” telelayihəsinin iştirakçısı Emil Qədirov gənc ifaçılar arasında keçirilən “Yeni dalğa 2018” beynəlxalq müsabiqəsinin finalına çıxıb.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, ifaçı bununla bağlı məlumatı sosial şəbəkə hesabında yayıb.
Müsabiqənin finalı 2018-ci il 4-9 sentyabr tarixlərində, Soçidə keçiriləcək.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi musiqi istedadlarını üzə çıxarmaqdır. Münsiflər heyətinin tərkibinə hər ilə Rusiyanın və dünyanın ən məşhur musiqiçi və artistləri daxil olur. Müsabiqədə gənclərə dəstək vermək üçün Rusiya və dünya ulduzları çıxış edir.
Emil Qədirov Azərbaycanda doğulub. Rəşid Behbudov adına Bakı Musiqi Məktəbinin klassik gitara üzrə bitirib və Belqrad musiqi kollecinin məzunudur. Beynəlxalq müsabiqələr laureatıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub