Arif Rəhimzadə Türk Dünyası Ağsaqqallar Şurasının üzvü imiş ŞOK FAKT

595
Arif Rəhimzadə Türk Dünyası Ağsaqqallar Şurasının üzvü imiş ŞOK FAKT

“Son günlər Milli Məclisin deputatı Arif Rəhimzadənin azərbaycanlıların türk kimliyini israrlı şəkildə danması faktı mənə bir tarixi məqamı xatırlatdı. Biz 2012-ci il yanvarın 26-da Ankarada TÜRKSOY-un baş iqamətgahında olanda Arif Rəhimzadə oraya Türk Dünyası Ağsaqqallar Şurasının üzvü kimi təşrif buyurmuşdu”.

Mynews.az  xəbər verir ki, bu açıqlama ilə “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal çıxış edib.

A.Camal bildirib ki, qeyd olunan tarixdə Türk Dövlətləri Mədəniyyət Təşkilatı olan TÜRKSOY-un Ankaradakı baş iqamətgahında keçirilən böyük toplantıda A.Rəhimzadə də iştirak edib:

“TÜRKSOY-da həm Mirzə Fətəli Axundzadə ili ilə bağlı toplantı keçirilirdi. Həmçinin, bizə – Türk dünyası mediasından bir sıra şəxslərə TÜRKSOY-un media ödülü təqdim olunurdu. Mədəniyyət nazirləri də orada idi. Tədbirin gedişində Arif Rəhimzadə Azərbaycan Ağsaqqalar Şurasının sədri Fəttah Heydərovun yanında TÜRKSOY iqamətgahında göründü. O zaman Fəttah müəllimlə ayaq üstü söhbət zamanı o mənə bildirdi ki, biz Türk Dünyası Ağsaqqallar Şurasını təmsilən buradayıq. Yəni, Arif Rəhimzadə də. Onlar tədbirdə iştirak etdilər. Hətta Arif Rəhimzadəyə içərisində TÜRKSOY-un nəşrləri və hədiyyəsi olan çanta da təqdim olundu”.

Baş redaktor bildirir ki, o zaman A.Rəhimzadəni TÜRKSOY iqamətgahında görərkən təəccüblənib: “Çünkü, Arif Rəhimzadənin mahiyyətinə, düşüncəsinə bələd olduğum üçün onu orada yad element kimi görmüşdüm. Bu baxımdan, bu gün onun açıqlamaları mənə təəccüblü gəlmir. Sadəcə, təəssüf edirəm ki, o zaman TÜRKSOY iqamətgahında Arif Rəhimzadəyə “Türk kimliyimizi danırsansa, TÜRKSOY-da nə işin var” deməmişəm”.

Turkustan.info

Xəbər lenti