"Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2017-ci ildə polisə gətirmə, saxlanılma və məsuliyyət tədbirlərinin tətbiqi prosesində qanunçuluğa ciddi riayət olunması, insan hüquq və azadlıqlarının təmin edilməsi kimi vacib məsələlər diqqət mərkəzində saxlanılıb, daxili nəzarət çərçivəsində aşkarlanan 312 fakt üzrə (90-ı vətəndaşlarla kobud rəftar, 88-i polisə əsassız gətirmə və saxlama, 74-ü sürücülərin hüquqlarının pozulması, 11-i əsassız cinayət məsuliyyətinə cəlb etmə, 4-ü əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 45-i digər hallar)414 əməkdaş intizam qaydasında cəzalandırılıb”.
Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində bildirilib.
"Onlardan 26-ı daxili işlər orqanlarında xidmətdən xaric olunub, 40-ı tutduğu vəzifədən azad edilib, 348 əməkdaş barəsində digər tənbeh tədbirləri görülüb.
Bir sıra hallarda polis orqanlarının müvafiq vəzifəli şəxsləri tərəfindən əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi haqqında qərarların qəbul edilməsi kimi hallar müəyyən edilib”, – deyə, məruzə sənədində qeyd olunub.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub