Onlar əsl qəhrəmanlıq sərgilədilər. Azərbaycan əsgərinin, hərbinin gücünü düşmənə bir daha sübut etdilər. Bəli, ötən ilin aprel döyüşləri haqqında hələ çox danışılacaq.
Həmin döyüşlərdə canlarından keçən şəhidlərimiz həmişə yad ediləcək. O döyüşün iştirakçıları isə bu tarixi hər zaman böyük fəxrlə anacaqlar. Aprel döyüşlərində yaralanmış Ağayev Yaşar Təvəkkül oğlu kimi. ARB Şəki xəbər verir ki, hərbçi doğulub boya-başa çatdığı İsmayıllı rayonunda elə qəhrəman kimi qarşılanıb.
2016-cı il aprel döyüşlərində baş nahiyyəsindən güllə yarası alan və ağır yaralanan 28 yaşlı Ağayev Yaşar Təvəkkül oğlu İsmayıllı rayonunda böyük qürur və izdihamla qarşılanıb. Döyüşçümüzü RİH, Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət xidmətinin əməkdaşları və rayon sakinləri şüarlarla qarşılayıblar. Uzun müddət Bakıda və İstanbulda müalicə alan əsgər İsmayıllıya öz doğma yurduna qayıdıb. Hələ uzun müddət müalicələri davam edəcək hərbçinin arzusu ayağa qalxıb yenidən xidmətini davam etdirməkdir.
Ağayev Yaşar (yaralanan hərbçimiz) : "Ermənilərin başını əzdik. Müalicələrim tam başa çatdıqdan sonra orduya qayıdacam. Ali Baş Komandanın əmrini gözləyirik ki, torpaqlarımızı geri alaq".
Qeyd edək ki, ötən ilin aprel ayında baş verən qızğın döyüşlər Azərbaycan ordusunun hərbi qələbəsi ilə nəticələnib. Bir sıra strateji məntəqələr düşmən işğalından azad edilib. (Baku.ws)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub