Kişidən həyat yoldaşına qeyri-adi 8 mart hədiyyəsi - O, 21 illik xanımına bayram hədiyyəsi kimi öz böyrəyini bağışlayıb.
Xezerxeber.az məlumat verir ki, uzun müddətdir həyat yoldaşının böyrək çatışmazlığından əziyyət çəkdiyini görən Amin Quliyev onun dərdinə dərman olmaq qərarına gəlib.
Amin Quliyev eşitdiyi bir xəbərdən sonra qərarını daha da qətiləşdirib. O, Səhiyyə Nazirliyinə müraciət edərək böyrək köçürülməsi ilə bağlı dövlət proqramından istifadə edib.
Həyat yoldaşından belə bir hədiyyə Arzu Quliyevaya gözlənilməz olub. Hətta eşidəndə çaş-baş qalıb.
Uğurlu əməliyyat 8 Mart qadınlar günü ərəfəsində gerçəkləşib və cütlüyün vəziyyəti normaldır.
Fədakarlıq nümunəsinə imza atan ailə Siyəzəndə yaşayır və onların 4 övladı var. Həyat yoldaşının böyrəyi ilə sanki yenidən dünyaya gələn Arzu Quliyeva belə hədiyyəni heç vaxt unuda bilməyəcəyini deyir.
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub