Falçılıqla məşğul olub 50-yə yaxın qızı zorladığı iddia olunan və özünü Mirseymur kimi tanıdan Ramil Talıbov saxlanılıb.
Mynews.az Azxeber.com-a istinadən xəbər verir ki, yaxin dostu "Qafqazinfo”ya müraciət edərək bildirib ki, dünən mediada qızların açıqlaması yayımlandıqdan sonra R.Talıbov Yasamal RPİ-nin 29-cu Polis Bölməsi tərəfindən saxlanılıb və hazırda orada ifadəsi alınır.
Adının açıqlanmasını istəməyən xanım dostu bildirib ki, R.Talıbov və ondan şikayətçi olan A. Əhmədova bir neçə ay sevgili olublar: "İnstaqramda tanış olublar, 3 ay sonra Ramil ona xəyanət etdi, qız da bunu öyrəndi. Ramildən ayrılarkən ona "gör sənin başına nə oyun açacağam” deyib hədələmişdi. Onlar sevgili kimi bir yerdə olublar, restoranlara gediblər.
Zorlanan qız oğlanla restorana gedər? Yanındakı qız da onun rəfiqəsidir, amma Ramillə heç bir əlaqəsi olmayıb. Polis Ramili saxlasa da, qızları tapa bilmir ki, üzləşdirsin”.
R.Talıbov isə Bakıda taski sürücüsü işləyib: "O, Rusiyada usta kimi işləyirdi, sonra gəlib Bakıda taksi sürməyə başladı. Ramil əvvəl evli olub, boşanıb, bir övladı var”.
Redaksiyamıza göndərilən bəzi fotoları təqdim edirik.

1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub