Artıq bir müddətdir ki, səhiyyə naziri Oqtay Şirəliyevin vəzifəsindən azad olunacağı ilə bağlı xəbərlər yayılır. Nazirin yeni hökumətə təsdiqlənməməsi bu iddiaları daha da gücləndirib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, artıq Oqtay Şirəliyev özü də tezliklə vəzifədən azad olunacağını bilir. Nazir bu səbəbdən təhvil-təslim işlərinə başlayıb.
Mənbə iddia edir ki, Oqtay Şirəliyev nazir vəzifəsindən azad edildikdən sonra da işsiz qalmayacaq. Belə ki, o, Respublika Müalicəvi Diaqnostika Mərkəzinə baş həkim təyin ediləcək. Artıq onun üçün yeni iş yerində otaq da ayrılıb.
Qeyd edək ki, Otqay Şirəliyev 2005-ci ilin 20 oktyabrında səhiyyə naziri təyin edilib. Buna qədər isə o, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin baş həkimi olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub