Bakıda məmur övladlarının özbaşına hərəkətləri hələ də davam edir. Ölkə başçısının dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq bəzən gizli şəkildə bu işləri davam etdirirlər. Onlardan biri də müdafiə sənayesi naziri vəzifəsini icra edən Yavər Camalovun nəvəsidir. Hansısa firmanın adına qeydiyyatda olan 90 AA 788 dövlət nömrə nişalı, “Range Rover” markalı avtomobili idarə edən həmin şəxs Bakının Məmməd Araz küçəsi ilə Azadlıq prospektinin kəsişməsinə yaxın hissəsində altımərtəbəli yaşayış binasının iki mərtəbəsini özəlləşdirib. Birinci mərtəbədə bahalı brendlərin satıldığı mağazalar, ikinci mərtəbə isə restorandır.
Sözügedən restoran əsasən axşam fəaliyyət göstərir. Təqribən axşam saat 8-9 raddələrindən etibarən irada bahalı avtomobillər toplaşır. Parkinq yeri olmadığı üçün həmin maşınlar şəkidə və yolun hərəkət hissəsində saxlanılır. Təbii ki, o cür bahalı restorana gələnlər də sadə vətəndaşlar deyil. Belə ki, ən ucuz avtomobil son model “Mercedes S klass”dır, Bahalı “Audi”, “Bentley”, hətta son model “Galenvagen” də görmək mükündür. Təqdim olunan videodan da göründüyü kimi bahalı nömrələr (505, 005 və.s) zəngin olan bu avtomobillər ikizolaqlı yolun bir zolağını tam olaraq zəbt ediblər. Yalnız bir zolaqda hərəkət etmək mümkündür. Onalar hətta avtomobilləri piyada keçidinin (zebranın) üstündə saxlayırlar. Səki ilə hərəkət edə bilməyən vətəndaşlar məcbur olub yolun hərəkət hissəsinə çıxırlar ki, bu da qəza şəraiti yaraddır.
Əməkdaşımız həmin ərazidə çəkiliş aparakən Nərimanov rayonu Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının (99 YP 268) həmin yerdə xidmət apardığını, lakin ikinci cərgədə və səkinin üzərində, eləcə də piyada keçidinin üzərində park edilmiş avtomobillərə göz yumduğunun şahidi olub.
Ən acınacaqlı məqam isə həmin ərazidə yaşayan insanların restoranın fəaliyyətindən narahat olmasıdır. Belə ki, gecə saatlarında işlədiyi üçün həmişə yüksək musiqi səsi, dava-dalaş səsləri insanları yatmağa qoymur. Dəfələrlə Daxili İşlər Nazirliyinin 102 xidmətinə, ərazi üzrə polis idarəsinə və digər aidiyyatı qurumlara bununla bağlı müraciət edilsə də, oblektin sahibi nazir Yavər Camalovun nəvəsi olduğu üçün heç bir ölçü götürülməyib. Bu üzdən də hətta sakinlərin bəziləri evlərini satıb binadan köçmək istəyir. Çünki səs o qədər yüksək olur ki, 5 və 6-cı mərtəbələrdə belə gecə yatçaq olmur. Dəfələrlə obyekt sahibinə sakinlər tərəfindən müraciətlər olub. Lakin nazirin nəvəsi özünü elə aparır ki, sanki belə də olmalı imiş.
Avtosfer.az həmin görüntüləri təqdim edir: