Siyəzəndə aprelin 20-dən itkin düşən 27 yaşlı gənc hələ də tapılmayıb.
Rayon sakini Mirzəcan Bayramov 4 gün əvvəl işdən gəldikdən sonra çantasını evə qoyub və harasa gedib. Valideynləri səhəri gün onun evdə olmadıgını bilib və axtarışlara başlayıblar. Mirzəcanın yaxınları axtarışlar zamanı onun paltarını və telefonunu Taxtakörpü Ceyranbatan su kanalının Siyəzən rayon ərazisindən keçən hissəsindən tapıblar.
Qohumları dərhal aidiyyatı üzrə gəncin itməsi barədə müraciət ediblər.
Rayon polis şöbəsindən verilən məlumata görə, müraciət daxil olandan itkin düşən şəxsin axtarışları davam edir. Mirzəcan Bayramov evlidir, 1 övladı var.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub