Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.
Mynews.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu dəfə oğul atanın rəhbərlik etdiyi idarəyə şöbə müdiri gətirilib.
Belə ki, "İnterpol Azərbaycan” Milli Bürosunun sabiq rəisi, hazırda DİN-nin daxili nəzarət idarəsinə rəhbərlik edən polis general-mayoru Sahib Mirzəyevin oğlu Vüsal Mirzyev atasının işlədiyi idarəyə şöbə müdiri təyin olunub.