“ASAN xidmət”in rəsmisi Anar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinə keçib.
Mynews.az oxu.az-a istinadən əldə etdiyi məlumata görə, o, nazirlikdə İctimaiyyətlə əlaqələr və İnformasiya siyasəti şöbəsinin rəhbəri vəzifəsini həyata keçirəcək.
Anar Hüseynovun “ASAN xidmət”də fəaliyyətinə nəzər yetirsək, tezliklə Kənd Təsərrüfatı Nazirliyində də bu sahədə yeni yanaşmalarının olacağı gözlənilir.
Qeyd edək ki, Anar Hüseynov fəaliyyətinə İctimai Televiziyada xəbər aparıcısı kimi başlayıb. Bundan sonra Strateji Araşdırmalar Mərkəzində mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərib.
Sonra Azərbaycanda fəaliyyət göstərən “Jumeirah Bilgah Beach Hotel”də fəaliyyətini davam etdirib.
2013-cü ildə isə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub