Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə universitetin fəxri professoru diplomunun təqdimat mərasimi keçirilib.
Mynews.az xəbər verir ki, mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov AMEA-nın prezidenti, akademik Akif Əlizadənin Azərbaycanda elmin, o cümlədən geologiya və geofizika elminin inkişafında, həmçinin gənc kadrların formalaşmasında və alim kimi yetişməsində mühüm rol oynadığını qeyd edib.
O bildirib ki, son dövrlər ADNSU-nun nüfuzu artıb.
Universitetdə xarici dildə tədris aparılan ixtisasların 4-dən 19-a yüksəldiyini xatırladan nazirin sözlərinə görə, ADNSU-nun balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir:
“Növbəti tədris ilində yataqxananın istifadəyə verilməsi planlaşdırılır. Qeyd edim ki, universitetin ikinci korpusu da təmir ediləcək”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub