Azərbaycanda cinsiyyət orqanında ciddi problemlər olan, sidik kanalının dəliyi xayalığa açılan oğlan uşağı doğulub.
Mynews.az xəbər verir ki, bununla bağlı lent.az-a uroloq-cərrah Fuad Hüseynov məlumat verib. Onun sözlərinə görə, uşaq valideynləri tərəfindən müayinəyə gətirildiyi zaman məlum olub ki, sidik kanalının xarici dəliyi cinsiyyət orqanının ucuna deyil, xayaların ortasına açılır: "Cinsiyyət orqanının ölçüsü olduqca kiçik idi və aşağıya doğru əyilimişdi. Yəni diaqnozu hipospadiyanın (Peyğəmbər, anadangəlmə yarımsünnətli) ən ağır formalarından biri sayılan penoskrotal hipospadiya idi. Bir mərhələdə əməliyyatın uğursuz olma ehtimalı çox olduğu üçün, 2 mərhələdə əməliyyat eləmək qərarı verdik. İlk öncə cinsiyyət orqanının ölçüsünü böyütmək üçün hormon müalicəsi aldı. İlk etapda cinsiyyət orqanındakı əyriliyi düzəltdik və sünnət dərisinin içərisindən sidik kanalındakı deffekti bərpa etmək üçün material köçürdük".
F. Hüseynov deyir ki, ilk əməliyyat uğurla yerinə yetirilib və uşaq hazırda evlərindədir, növbəti əməliyyatını gözləyir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub