Bakı Ali Neft Məktəbi (BANM) ilə Qazaxıstan-Britaniya Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb.
BANM-dan Mynews.az-a verilən məlumata görə, imzalanma mərasimində BANM-ın rektoru Elmar Qasımov, Qazaxıstan-Britaniya Texniki Universitetinin rektoru Kenzebek İbraşev, universitetin IT fakültəsinin dekanı, professor Fuad Hacıyev, BANM-ın Proseslərin avtomatlaşdırılması kafedrasınin müdiri Manafəddin Namazov və digərləri iştirak ediblər.
Görüş zamanı Ali Məktəbin rektoru Elmar Qasımov qonaqlara BANM-ın fəaliyyəti, təlim-tədris proqramları, Ali Məktəbin son uğurları və yenilikləri haqqında qonaqlara məlumat verib. Daha sonra Elmar Qasımov Qazaxıstan-Britaniya Texniki Universitetilə BANM arasında yaranan dostluq və əməkdaşlıqdan məmnunluğunu bildirib.
Görüş zamanı iki universitet arasında tələbə və müəllim mübadilə proqramları, tədqiqat layihələrində və konfranslarda iştirak, birgə akademik proqramlarda, peşəkar inkişaf proqramları və təlimlərdə iştirak, fakültə üzvlərinin və tədqiqatçıların mübadiləsi, tələbələrin mübadiləsi kimi məsələlər müzakirə olunaraq razılıq əldə olunub.
Daha sonra BANM-ın rektoru Elmar Qasımov və Qazaxıstan-Britaniya Texniki Universitetinin rektoru Kenzebek İbraşev əməkdaşlıq haqqında razılığa dair Anlaşma Memorandumunu imzalayıblar.
Sonda qonaqlar yaranmış münasibət və diqqət üçün Ali Məktəbin rəhbərliyinə təşəkkür edib və əməkdaşlığın uğurlu olacağına əmin olduqlarını bildiriblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub