Müəllimlərin builki işə qəbul qaydalarının layihəsi artıq hazırdır. Bu qaydalarda yeniliklərin tətbiqi nəzərdə tutulur.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.
O qeyd edib ki, yeni qaydalar növbəti həftələr ərzində təsdiq olunacaq: "Layihə təsdiqləndikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək".
E.Bağırov əlavə edib ki, direktorların da işə qəbulu üçün bu il müsabiqənin keçirilməsi nəzərdə tutulur:
"Yəqin ki, müəllimlərin işə qəbulu müsabiqəsi keçirilənədək bu müsabiqə də baş tutacaq. Həmçinin direktorların işə qəbulu qaydalarında dəyişikliklərin edilməsi nəzərdə tutulur. Amma qaydalar hələ hazır deyil".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub