Azyaşlı qızı ilə Cəlilabaddan Bakıya qaçan, 65 saylı avtobusun sürücüsü tərəfindən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına təhvil verilən qadınla bağlı şok təfərrüatlar üzə çıxıb.
Mynews.az xəbər verir ki, yenicag.az-a açıqlama verən birliyin rəsmisi Yaqut Məmmədyarova qadının əri tərəfindən atıldığını deyib:
"Üç uşaq anası olan bu qadın Bakıya altı yaşlı qızı ilə qaçıb. Öyrəndik ki, qadının əri xalasının əri ilə birgə işləmək adıyla Rusiyaya gedib. İki ay əri ailəsinə pul göndərsə də, sonradan onlarla əlaqəsini kəsib. Qadının ərinin xalası onlara gələrək, həmin evdə yaşayacağını deyib. Belə olan halda, heç yerdə işləməyən qadın evdən çıxmaq məcburiyyətində qalıb. Anası qızına "Get, başına çarə qıl!" deyərək Bakıya göndərib. Bu qadın 6 gün bizim sığınacaqda qaldı. Deyir dövlətə müraciət edib, ev almaq niyyətindədir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub