Xəbər verdiyimiz kimi Suraxanı rayonu 281 saylı məktəbdə müəllim S.H. qadın alverində və şantajda ittiham olunur. İddia edilir ki, S.H. həmin məktəbdə riyaziyyat müəllimi kimi çalışan qadın X.R.-nın müxtəlif şəxslərlə cinsi əlaqədə olduğu zaman videogörüntülərini çəkib. İddia edilir ki, S.H. sevgilisi olan Zalovla əlbir olub X.R.-nı intim videogörüntüləri ilə şantaj edərək pul tələb edib. Bu hadisədən sonra məktəbin direktoru tərəfindən adıçəkilən müəllimlər barəsində heç bir tədbir görülməyib. Bunun da səbəbi kimi direktorla S.H. arasında möhkəm dostluq əlaqələrinin olması göstərilir. Valideynlər belə müəllimlərin övladlarına dərs keçməsindən olduqca narahatdırlar.
Bununla bağlı BiG.AZ Bakı Təhsil İdarəsinə sorğu göndərib. Sorğuya cavab olaraq bildirilib ki, qeyd edilən məsələ ilə bağlı müvafiq araşdırma aparılır. Araşdırmalar tamamlanandan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, bu məsələ Bakı şəhər Baş Polis İdarəsində araşdırılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub