Bu xəbərdan sonra QARĞIŞ ETMƏYƏCƏKSİNİZ! Cəriməsi VAR

734
Bu xəbərdan sonra QARĞIŞ ETMƏYƏCƏKSİNİZ! Cəriməsi VAR

İnsanlar bəzən çarəsiz qaldıqları zaman kiməsə olan nifrətlərini ona qarğış etməklə bildirilər.

Qarğış hər hansı bir insanla bağlı işlədilən pis arzu, yaxud dəbbuaya deyilir. Başqası haqqında bu cür ağır ifadələrin işədilməsi cinayət məsuliyyəti hesab edilə bilərmi? Yəni, qarğışa məruz qan şəxs qarğış edən tərəfi məhkəməyə verə bilərmi?

“Qarğış olunmaya görə hər bir şəxsin məhkəməyə müraciət etmək hüququ var”.

Bu sözləri Metbuat.az saytına açıqlamasında Vəkillər Kolegiyasının üzvü, vəkil Xəyal Bəşirov bildirib.

“Böhtan şəxs barəsində bilə-bilə yanlış məlumat vermək, həmin məlumatı kütləvi informasiya vasitələri, yaxud daha çox kütlənin olduğu yerlərdə yaymağa deyilir. Təhqir isə insanın şərəf və ləyaqətinin alçaldılmasıdır. İnsan qarğışı təhqir formasında edərsə, qarğış qarşı tərəfin işgüzar nüfzuna, şərəf və ləyaqətinə xələl gətirirsə, bu zaman həmin şəxs qarğış edəni məhkəməyə verə bilər. Təhqir, böhtan Cinayət Məcəlləsinin 147, 148-ci maddələrində nəzərdə tutulub. Bu barədə hər hansı hüquq-mühafizə orqanlarına şikayət olunmur. Xüsusi iddiham qaydasında birbaşa məhkəməyə müraciət edilir. Məhkəmə qarğışı təhqir kimi qiymətləndirərsə, həmin şəxs məsuliyyətə cəlb edilə bilər. Məhkəmə tərəfindən sübuta yetirilərsə, təqsirləndiriələn şəxs barəsində Cinayət məcəlləsinin müvafiq maddələrinə əsasən, 1000 manatdan 1500 manata qədər cərimə, 240 saatdan 480 saatadək ictimai işlə, 1 ilədək icra işləri və ya 6 ay müddətində azadlıqdan məhrumetmı cəzası nəzərdə tutulub”.

Hüquqşünas Sahib Məmmədov isə qeyd edib ki, şəxs bunu söyüş olaraq qəbul edərsə, belə halda şikayət etmək hüququ yaranır:

“Təbii, bunu son nəticədə məhkəmə müəyyən edir. Amma qarğış da əslində söyüşün bir növü kimi qəbul edilməlidir. Elə xalqlar var ki, onlarda qarğış yoxdur. Bunu şəxslər özləri üçün təhqir hesab edə bilərlər. Şəxs deyilən qarğışı təhqir kimi qəbul edərsə, mülki iddia irəli sürə bilər. Bu da xüsusi qadada cinayət işinin başlanmasını tələb edə bilər. Cərimə məsələsinə gəlincə, bunun üçün müəyyən bir hədd qoyulmayıb. Şəxs özünün şərəf, layaqət və işgüzar nüfuzuna toxunan hallara görə, özü ağlabatan kompensasiya müəyyən etməldi, qarşı tərəfin tələbinə uyğun olaraq məhkəmə də bunu müəyyən etməlidir. Bunun üçün məhkəmə prosedurları var”.

Xəbər lenti