Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Gürcüstan vətəndaşı Elimxan Paşayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs Sabunçu rayonu Bakıxanov qəsəbəsində saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “Pistol Modell 27” markalı tapança və 6,123 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində qanunuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Şirvan şəhər sakini Ağami Seyidhüseynov tutulub. Onun Şirvan şəhərində yaşadığı evə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd həmin silaha məxsus sandıqça və 41 ədəd patron aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Baş İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
1
Niyə Donald Tramp Hitlerlə müqayisə olunur?
1124 dəfə oxunub
2
XI sinfin buraxılış imtahanında dəyişiklik edilir
1093 dəfə oxunub
3
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1091 dəfə oxunub
4
Novruzun ilk çərşənbəsinin tarixi
1086 dəfə oxunub
5
Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşı dünyasını . dəyişdi
1070 dəfə oxunub