Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə kömək məqsədilə 2013-2017-ci illərdə qəbul və sınaq imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanları təşkil edir.
Mərkəzdən Mynews.az-a verilən məlumata görə, hər bir qrup üzrə qiyməti 3 manat olan onlayn sınaq imtahanlarına abituriyentlər evi tərk etmədən rahat şəkildə yazıla və ya onlara uyğun günün istənilən vaxtında daxil olub biliklərini yoxlaya bilərlər.
Qeyd olunub ki, hazırda 2015 və 2016-cı il qəbul imtahanlarının sual kitabçaları üzrə onlayn sınaq imtahanları http://otk.az portalına yerləşdirilib. Digər illərə aid imtahan materialları portala yerləşdirildikcə əlavə məlumat veriləcək. http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub