Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) yeni saytı yaradılır.
Mynews.az xəbər verir ki, Dövlət Komitəsi bununla bağlı loqo seçimi üçün müsabiqə elan edir.
Müsabiqənin şərtləri:
1. Müsabiqədə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı iştirak edə bilər;
2. Loqo harada yaşamasından asılı olmayaraq, hər bir dünya azərbaycanlısının Azərbaycana və azərbaycançılıq ideologiyasına sadiqliyini, məsuliyyətini, dünyəvi və müasir inkişaf yolu seçmiş dövlətimizin hər bir azərbaycanlıya görə cavabdehlik daşıdığını özündə ehtiva etməlidir. Ümumilikdə loqoda dövlətçilik, vətəndaş həmrəyliyi kimi mühüm məqamlar əksini tapmalıdır.
3. Loqonun eskizi A4 formatda kağızda, CD disk şəklində və ya PDF formatında [email protected] elektron ünvanına və ya Komitənin rəsmi https://m.facebook.com/AzDiaspora/?ref=bookmarks facebook ünvanına təqdim edilməlidir.
4. Müsabiqənin qalibinə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi mükafatı təqdim olunacaq.
5. Müsabiqə 05 May 2018-ci il, saat 18:00-da yekunlaşacaq.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev yenidən prezident seçildikdən sonra Diasporla İş üzrə Dövlət Komitəsinə Fuad Muradovu yeni sədr təyin edib. Bundan əvvəl, Fuad Muradov Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri idi.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub