Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində İlham Əliyevlə selfi çəkdirən azyaşlı oğlanın kimliyi məlum olub.
Balaca Murad Qasımov Azərbaycan futbolunun canlı əfsanəsi Vəli Qasımovun oğludur.
Vəli Qasımov açıqlamasında bildirib ki, övladım Murad ölkə başçısı cənab İlham Əliyevə bağlı olan uşaqdır. O hər zaman ölkə başçısının televizorda izləyir, çıxışlarına diqqətlə qulaq asır. Onun İlham Əliyevə böyük sevgisi var. Bu sevgini də anası videoya çəkərək sosial şəbəkələrdə yerləşdirib. Bundan sonra sözügedən video ölkə başçısının da diqqətini də çəkib.
İlham Əliyevin təşəbbüsü və övladımın ona olan sevgisi dünən onların qovuşmasına gətirib çıxardı:
"Övladım ölkə başçısı, 1-ci vitse-prezident Mehriban xanım və digər ailə üzvləri ilə Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində görüşdü. İlham Əliyev və onun ailəsi də Murada öz sevgi və ehtiramların bildirdilər.
Murad İlham Əliyevi qucaqlayıb və onunla selfi çəkdirdi. Bildirib ki, İlham Əliyev siz ölkəmizin ən yaxşı prezidentisiz, sizi çox istəyirəm".
V.Qasımov videonun çəkildiyi vaxtdandan danışıb:
"Seçki günü uşaq evə gəldi. Uşaq ağlı ilə prezident niyə gəlmədi deyə ağlamağa başladı. Bundan sonra yoldaşım onu videoya çəkərək "instagram"da yerləşdirdi".