Bu gün günorta saatlarında Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 2 əməkdaşı arasında insident yaşanıb.
Mynews.az xəbər verir ki, “Ölkə.Az”ın əldə etdiyi məlumata görə, hadisə mübahisə zəmnində baş verib.
Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İstehsal İdarəsinin əməkdaşları – Ramiz və Kamran adlı vergi işçiləri mübahisə edərək, bir-birini ağır söyüşlərlə təhqir ediblər.
Daha sonra Ramiz adlı vergi əməkdaşı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Fərid Cəbrayılovun qəbuluna getməyə çalışsa da, ancaq mühafizəçilər tərəfindən içəri buraxılmayıb.
Bundan sonra Ramiz adlı vergi işçisi iki yerdən qarın nahiyyəsinə bıçaq zərbəsi endirərək, intihara cəhd edib.
O, dərhal Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Hadisədən sonra prokurorluq əməkdaşları da departamentə gələrək araşdırma aparıblar, Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktoru Elmar Əsədov isə prokurorluğa çağırılıb.
Hadisə ilə bağlı əlavə məlumatlar əldə edən kimi oxucularla bölüşəcəyik.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub