Mobil telefonlara göndərilən reklam, elan xarekterli smslər əksər insanın etirazına səbəb olur. Hətta bu vəziyyətdən millət vəkilləri də narazıdır.
ARB TV-nin “Günə doğru” verilişində reklam smslərindən qurtulmağın yolları haqda maraqlı sujet yayımlanıb.
Elmira Axundova (Deputat): “Mənim bütün günüm bu saysız reklamlara xərclənir”.
Eskpertlər bu məsələdə məsuliyyətin birbaşa mobil operatorların üzərinə düşdüyünü deyir. Çünki müəyyən vəsait qarşılığında bu kimi mesajlar vətəndaşlara göndərilərkən mobil operatorların məlumat bazalarından istifadə edilir.
Cahid İsmayıloğlu (Ekpert): “Operatorlar reklam haqqı alırlar və ona görə də maraqlıdırlar. Ona görə daha çox yayılmasına və daha çox faiz almasına çalışırlar. Reklamın mətnində üzvlük haqqının pulsuz olduğu vəd olunur. Sonradan pullu xidmətlə əvəzləyirlər”.
Elmira Axundova (Deputat): “Reklam haqda qanuna biz bunu saldıq. Amma mobil operatorlar bu qanuna əməl etmirlər. Onlara müvafiq sanksiyalar tətbiq edilməlidir”.
Digər tərəfdən bəzən vətəndaşlar özləri də şirkət və mağazaların reklam və elan xarakterli sms-ləri almağa razılıq verir. İT üzrə mütəxəssis Sadiq Mirzə mobil operatorlardan gələn bu kimi sms-ləri almamaq üçün xüsusi qaydanın olduğunu deyir. Bunun üçün isə müvafiq kodu və şifrəni bilmək vacibdir.
Sadiq Mirzə (İT mütəxəssis): “Toplu mesajların göndərilməsi üçün xüsusi proqram var. Bu tip reklamların gəlməməsi üçün müəyyən məxvi sözü həmin qısa nömrəyə göndərib bunu dayandırmaq olar”.
Amma mobil operatorlar bu məsələ ilə bağlı susmağı üstün tutur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub