Ötən gün Bakının mərkəzində yerləşən 189-190 saylı orta məktəbdə sinif rəhbəri I sinif şagirdini döyüb.
Mynews.az Open.az-a istinadən xəbər verir ki, hadisə barədə uşağın valideyni Xanım Əliyeva sosial şəbəkə hesabında məlumat yayıb.
O, qızının qələminin pastasını partanın üzərinə tökdüyü üçün müəllimə tərəfindən döyüldüyünü iddia edib. Valideyn qızının şəklini paylaşaraq, bu sözləri yazıb:
“Məktəblərdə özbaşınalıq, rüşvət baş alıb gedir. Direktor da bunu bilir və göz yumur”.
Bu gün döyülən övladı ilə məktəbə yollanan ana müəllimədən direktora şikayət etdiyini və lazımi tədbirlərin görüləcəyini bildirib:
“Müdiriyyətin yanına yaxınlaşdım və şikayətimi etdim. Hazırda qızımın alnında şiş olduğu kimi qalsa da, öz işimi gördüm. Ümidvaram ki, iş bu yerdə qalmayacaq.
Bütün valideynlərə səslənib deyirəm ki, özbaşınalığın qarşısını almaq üçün övladlarınıza diqqət yetirin”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub