Bakıdakı 1 saylı körpələr evindən avtomobillə müxtəlif məhsulların və naməlum əşyaların daşınması ilə bağlı xəbər vermişdik. Bu barədə tanınmış müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İnstaqram hesabında video yayaraq məlumat yaymışdı. O iddia etmişdi ki, körpələr evindən daşınan uşaqlar üçün gətirilən qida məhsullarıdır. Mətbuatda ciddi rezonansa səbəb olan bu informasiyaya cavab gecikməyib.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, körpələr evinin baş həkimi Nəhayət Əliyeva bu barədə açıqlama verib. O bildirib ki, avtomobillə daşınan ərzaq məhsulları yox, yataq dəstləri və dəsmallardır. Baş həkim bu dəstlərin dəyişdirilmək və ya yuyulmaq üçün aparıldığını açıqlayıb.
Onun sözlərinə görə, körpələrə aid ərzaqların daşınmasını iddia etmək böyük cinayət olmaqla yanaşı, günahdır. Bu səbəbdən yayılan video yanlış qələmə verilib:
“Bura nazirlik tərəfindən ciddi nəzarət olunur. Bu səbəbdən uşaqlara məxsus ərzaqların və digər məhsulların mənimsənilməsindən söhbət gedə bilməz. Bu, yolverilməzdir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub