Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Sankt-Peterburqda həmyerlisini öldürən 46 yaşlı Azərbaycan vətəndaşı Mahir Məmmədovu saxlayıb.
Myneüsşaz “Fontanka” nəşrinə istinadən xəbər verir ki, hər iki “qanuni oğru” (həm mərhum, həm də şübhəli şəxs) Lotu Quli adı ilə tanınan avtoritetin silahdaşları olub.
Nəşrin məlumatına əsasən, xüsusi təyinatlı polis dəstəsi Mahir Məmmədovun olduğu mənzilə daxil olanda, otaqda yalnız qadınlar olub. Axtarış zamanı şübhəli şəxs şkafdan çıxıb.
Saxlanılma zamanı Mahir Məmmədovun üzərində silah aşkarlanmayıb.
Xatırladaq ki, Azərbaycan vətəndaşı Füzuli Qarayev aprelin 30-da Sankt-Peterburqun Lomonosov küçəsində qətlə yetirilib.
Məlumata görə, “qanuni oğru” “Apraksin dvor” bazarında ticarət obyektlərinin himayədarlığı ilə bağlı bir-biri ilə rəqabətdə olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub