Bərdə rayonunun Vəliuşağı kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az “xezerxeber.az”a istinadən xəbər verir ki, Pənah Ağayev adlı kənd sakini "VAZ-2106” markalı avtomobili geri verərkən 47 yaşlı qardaşı Zabil Ağayevi vurub.
Zərərçəkmiş aldığı ağır bədən xəsarətləri nəticəsində qəza yerində ölüb.
Bədbəxt hadisədən sonra Ağayevlər ailəsi baş vermiş insidenti gizlətmək qərarına gəliblər. Mərhum ailə üzvlərinin iştirakı ilə kənd qəbiristanlığında dəfn edilib.
Lakin Bərdə rayon Polis şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində cinayətin üstü açılıb və P. Ağayev məsuliyyətə cəlb olunub.
Faktla bağlı rayon polisində araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub