Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə başlayıb.
Bu haqda məlumatı Mynews.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova təsdiqləyib.
O bildirib ki, Umayra Tağıyeva bundan sonra nazirlik aparatının Ekoloji Təbliğat Şöbəsində işləyəcək.
“U.Tağıyeva bundan sonra nazirliyin ekoloji təbliğat sahəsində gördüyü işlər haqqında məlumat verərək, ictimaiyyəti bilgiləndirəcək. O, hava proqnozu, atmosfer havası, Xəzər sularında aparılan monitorinqlərin nəticələri və digər məsələlərlə bağlı vaxtaşırı efirdə görünəcək".
Qeyd edək ki, U.Tağıyeva 2015-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsindən azad edilib. Onun yerinə Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev təyin edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub