Məşhur kriminal avtoritet, Türkiyədə sui-qəsd nəticəsində qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranski haqqında şok iddia yayılıb.
Özünü Əvəz Əliyev (Əvəz Baba) kimi təqdim edən bir nəfər a24.az-a Lənkəranskinin yaşadığını, üzünü və səsini əməliyyatla dəyişdiyini iddia edib.
Ə.Əliyev qeyd edib ki, bu xəbəri Lənkəranskinin özünün xahişi ilə yayımlayıb:
"Rövşən Lənkəranski yaşayır, həqiqətdir, sadəcə olaraq bəzi instinkt hərəkətlərindən onu tanıdım, üzü dəyişib. Səsini də aprelin 10-da əməliyyatla dəyişdilər. Hazırda özünün xahişi ilə yerini açıqlamırlar, sadəcə bilin ki, o, həyatdadır, ölməyib və kənardan olan-bitən hər şeyi izləyir”.
İddiaçı bildirib ki, bu xəbəri yaymaqda məqsəd məktəblərdə baş verən hadisələrlə bağlıdır: "Düşmənlər bilsin ki, Lənkəranski sağdır”.
Faktor.az məsələ ilə bağlı DİN-in mətbuat orqanı ilə əlaqə saxlayıb. İddiaya cavab olaraq, DİN əməkdaşı "bu məsələ ilə bağlı sonra danışarıq”, cavabını verib.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub