Ağdam rayonunun Çıraqlı kəndində sakinlərin əksəriyyətinə verilən mavi yanacaq kəsilib. Redaksiyamıza məlumat verən Çıraqlı sakinləri yanacaqlarının kəsilməsi ilə bağlı onların müraciətinə baxan olmadığını bildiriblər. Onlar qeyd ediblər ki, borcu olan sakinlərin qaz boruları kəsilərək ana xəttən kənara atılıb.

Məsələ ilə bağlı BiG.AZ-a açıqlama verən "Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev qeyd edib ki, ümumiyyətlə kütləvi şəkildə qaz təchizatının dayandırılması yoxdur: “Hansı abunəçi qazdan istifadə edirsə borcu haqqında ona bildiriş verilir. Bildirişdə göstərilən müddət ərzində borcunu ödəməsi tələb olunur. Ödənişi olmayan, borcu yığılıb qalan abunəçilərin qaz təchizatı şəbəkədən ayrılır. Ağdam rayonun Çiraqlı kəndin sakinləri “Azəriqaz” İstehsalat Birliyinə müraciət etsin. Məsələ ilə bağlı araşdırma aparılacaq ki, ödənişi nə zaman edib. Neçə kub qaz istifadə edib. Bunun nə qədər ödəyib. Araşdırmalardan sonra hansı köməkliyi edə biliriksək edəcəyik”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub