Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Avropanın inkişaf etmiş ölkələrində qəbul edilmiş peyvənd təqviminə uyğun olaraq ölkəmizdə də uşaqların 11 xəstəliyə qarşı müdafiəsi təmin edilir.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar noyabr aylarında 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə pedikulyoz ilə (38,5 faiz), İİV ilə (24,9 faiz), qonokokk infeksiyası ilə (14,2 faiz), hepatit B virusu ilə (12,4 faiz), skarlatina ilə (9,4 faiz) və ağciyər vərəmi ilə (4,2 faiz) xəstələnmə halları azalıb.
Müqayisə olunan dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı pedikulyoz üzrə 39,2 faiz, İİV üzrə 25,7 faiz, qonokokk infeksiyası üzrə 15,1 faiz, hepatit B virusu üzrə 13,4 faiz, skarlatina üzrə 10,4 faiz, ağ ciyər vərəmi üzrə isə 5,3 faiz azalıb. Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, qızılca, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb. Bununla yanaşı sifilis, tetanus, su çiçəyi, bruselyoz, qarayara, ümumi kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı bir qədər artıb.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub