Bakıda və Abşeron yarımadasında mayın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16, gündüz 22-27, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 5-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 25-30, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 5-7-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da əksər əhali üçün əlverişlidir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub