“Mən və anam ikinci qrup əlillik dərəcəsinə görə aldığımız 61 manat müavinət quru çörək alıb bir ay qidalanmağımıza çatmır”.
Bu barədə “Bizim Yol”a müraciət edən Cəlilabad rayon, Səməd Vurğun küçəsi Qaz İdarəsinin binasında yaşayan Nuriyev Faba Ovezovic oğlu bildirib.
Onun yazdığına görə, yaşadığı ağır dözülməz durumla bağlı dəfələrlə yerli icra hakimiyyətinə müraciət edib: “Müraciətlərimə “gözləyin, sizə icra başçısı qəbul edəcək” cavabını verirlər. Amma qəbul edən olmayıb dözülməz güzaranımızla bağlı mərkəzi icra hakimiyyəti qurumlarına dəfələrlə müraciət etmişik. Müraciətlərimiz nəticəsiz qalıb”.
F.Nuriyev bildirib ki, o hazırda mənzil şəraiti olmayan Qaz İdarəsinin binasında yaşamaq məcburiyyətindədi: “Səfalət içində yaşayırıq. Dərdimizi kimə deyək? Məmurlar bizləri saymır. Öz ətrafına qohum-əqrəbasını toplayıb vətəndaşlara zülm edirlər”.
O, məsələni ictimailəşməsi ilə probleminin həll olunacağına ümid edir.
Vətəndaş Nuriyev Faba Ovezovic oğlunun müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinə informasiya sorğusu göndərilib.







1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub