Parlamentdə "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verən Əmək və sosial siyasət komitəsin sədri Hadı Rəcəbli qeyd edib ki, birinci oxunuşdan sonra qanun layihəsinə xeyli dəyişikliklər edilib: " Mən ikinci oxunuşda deputatları müzakirədə fəal olmağa çağırıram”.
Deputat Qüdrət Həsənquliyev bildirib ki, 2014-2018-ci illər əllilərin sosial müdafiəsi ilə bağlı proqramda göstərilib ki, 2018- ci ilin sonuna qədər 5731 şəxs mənzillə təmin olunmalıdır: " İndi bizə nazir müavini Natiq Məmmədov məlumat versin ki, ilin bitməsinə 7 ay qalıb. Neçə nəfər əlil mənzillə təmin olunub? Halbuki 5731 nəfərin hamısı mənzillə təmin olunmalıdır. Onu da qeyd edim ki, ölkədə ümumlikdə 620 min əlil var. Onların da 72 mini 18 yaşına qədər olan yeniyetmələrdir”.
Deputat Musa Quliyev vətəndaşın əllilliklə bağlı verilən qərardan şikayət edə bilməməsi məsələsinə toxunub: "Elə şərait yaradılmalıdır ki, vətəndaşa birinci dəfə əlillik verilmirsə, onlara ikinci dəfə müraciət etmək hüququ verilməlidir. Təkrar müraciət hüququ üçün əlillərə imkan yaradılmalıdır. Həm də xəstəni görmədən əlillik təyin edilməsi məsələsi yanlışdır”.
Deputat Qənirə Paşayeva da əlillərin təkrar müraciət etmək hüququ probleminə toxunub.
Deputat Araz Əlizadə bildirib ki, qanunun əsas mahiyyəti əlillərə layiqli həyat verməkdir: "Deputat həmkarlarımdan soruşuram ki,hansınız 52 manatla dolana bilərsiz?! Yəqin ki, heç biriniz. Ona görə bu qanun lirikadır. Əsas məsələ əlillərin müavinətlərinin artırılması olmalıdır”.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub