Artıq vəzifəsindən uzaqlaşdırılmış Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyev sahibi olduğu deyilən Soho club satılıb.
Əli Hənənovun nəvəsi tərəfindən satılmış klub artıq TABOO LOUNGE & CLUB! adı altında yenidən fəaliyyətə bşlayıb. TABOO LOUNGE & CLUB-un dünən təntələli açılış mərasimi də baş tutub.
Qeyd edək ki, Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi "Mersedes-Gelandawagen" markalı avtomobil ötən ilin avqustun 3-də, saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətmişdi. Hadisədən bir müddət sonra Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq "Mercedes-Gelandawagen" markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olmasının tam təsdiq edildiyini bildirmişdi. Məhkəmənin hökmü ilə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.//BAKU.WS
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub