Mənzillərin qiyməti ölçüsünə, yerləşdiyi əraziyə və təmirinə görə dəyişir. Amma elə mənzillər də var ki, eyni küçədə, hətta eyni binada yerləşir, amma pəncərəsinin dənizə baxmasına görə aralarında 40 min manata yaxın qiymət fərqi olur.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, bir mənzilin qiyməti ilə , eyni ölçüdə və eyni binada yerləşən digər mənzil arasında 40 min manata qədər qiymət fərqi var.
Bakının bəzi hissələrində eyni binada və yaxud eyni küçədə yerləşən evlərin qiymətləri arasında kəskin fərq müşahidə edilir.Bu ərazilərdə mənzilin qiyməti onun ölçüsü və təmirinə görə deyil ,pəncərəsinin haraya baxmasına görə dəyişir. Mənzillərin arasındakı qiymət fərqi isə 10 min mantdan 40 min manata qədər dəyişir.
Relitorların sözlərinə görə, şəhərin istənilən ərazisində dənizə panaraması olan evlərin qiyməti digərlərinə nisbətən yüksək olur. Son illər ərzində ölkəmizdə keçirilən beynəlxalq yarışlar bu evlərə olan tələbatı da artırıb.Xüsusilə də turistlər kirayə seçərkən mənzilin balkonun haraya baxmasına çox önəm verirlər.
Ekspertlərin fikrincə, yay aylarında turistlərin ölkəmizə axını bu ərazilərdə kirayə mənzillərə olan tələbatı da artıracaq.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub