İki azərbaycanlı “qanuni oğru” Ukraynadan deportasiya edilib.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, söhbət “Dato Ağcabədinski” və “İlqar Dmanisski”dən gedir.
Belə ki, Kiyev polisi “Dato Ağcabədinski”ni paytaxtın Revusko küçəsində, İstanbuldan gələn “İlqar Dmanisski” ləqəbi ilə tanınan İlqar Əliyevi isə Borispol hava limanında saxlayaraq geri göndərib.
Bildirilir ki, “Dato Ağcabədinski” Ukrayna ərazisinə qeyri-qanuni daxil olaraq öz nüfuzunu artırmaq məqsədi ilə başqa şəhərlərdə öz adamlarını yerləşdirib. Habelə bir neçə topdan satış bazarlarına nəzarəti ələ keçirməyi planlaşdırıb. Onun 3 il müddətinə Ukraynaya girişi qadağan edilsə də, hansı ölkəyə deprtasiya ediliyi bilinmir.
Qeyd edək ki, 1985-ci il təvəllüdlü “Dato Ağcabədinski” bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, 2012-ci ildə Yunanıstanda “taclandırılıb”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub