Röyanın 3500 nəfərlik konserti anşlaqla keçdi - FOTOLAR

1053
Röyanın 3500 nəfərlik konserti anşlaqla keçdi - FOTOLAR

Dünən əməkdar artist Röya Ayxan Bakı Konqres Mərkəzində “Doldur ürəyimi” adlı solo konsert proqramı ilə çıxış edib.

Mynews.az Publika.az-a istimadən xəbər verir ki, ulduz 3500 nəfərlik mərkəzdəki konsertini “Doldur ürəyimi” mahnısını ilə açıq elan edib.

Əməkdar artist Rəşad Haşımovun rəhbərlik etdiyi ansamblla səhnədə canlı performans sərgiləyən Röya Ayxan konsert boyu həm yeni, həm də köhnə hitlərini səsləndirib.

İfaçı onu dinləməyə gələnlər üçün ard-arda “Səndən başqa”, “Bilərsənmi”, “Son sözüm”, “Dəli küləyim”, “Kül olsun hisslər”, “Sən və mən”, “Yolun açık olsun”, “Sənə ehtiyacım var”, “Toxun mənə”, “Bu gecə”, “Bu gecə”, “Ağla”, “Bir iki kəlmə”, “Düşürsən tez-tez yada”, “Sənin deyiləm”, “Yar gələrsən”, “Etibarım yox” mahnılarını ifa edərək unudulmaz musiqi gecəsi yaşadıb.

Səsləndirdiyi hər mahnısından sonra tamaşaçıları ilə ünsiyyət quran əməkdar artist yanında olan hər kəsə təşəkkürünü bildirib:

“Adamın arxasında qiymətli insanlar olanda özünü güvəndə hiss edir. Mənim yanımda hər zaman gözəl insanlar olub. Ona görə də çətin anlarımda hər zaman mənə kömək edirlər”.

Gecənin maraqlı məqamlarından biri də Miri Yusifin ifaçının oğlu ilə səhnəyə çıxması olub. Röya Ayxan və M.Yusif “Səndən bir dənədir” duetini səsləndirib.

Konsert bitdikdən sonra isə ifaçı media nümayəndələri ilə bir araya gəlib və onların suallarını cavablandırıb:

“Bu məkanda konsert verməyi heç düşünmürdük. Çünki avqust ayı üçün başqa şou hazırlamışdıq. Amma dekabr ayında daha möhtəşəm şou ilə qarşınızda olacağam".

İfaçı bu yaxınlarda yaşadığı qalmaqaldan danışıb və tezliklə mətbuat konfransında media nümayəndələrinin baş verənlərlə bağlı suallarını cavablandıracağını bildirib:

“Bir çox məsələlərə aydınlıq gətirəcəyəm. Bütün qalmaqallara, illərdir davam edən anlaşılmazlıqlara son qoyulacaq. Çünki mən o adam deyiləm. Bunların açıqlaması da verilməlidir”.

“Hər dəfə konsertdən öncə nə isə baş verir. Polad müəllim deyir ki, bu qız çox hiyləgərdir. Hər konsertindən öncə bir foto ortaya çıxarır. Amma hamısı təsadüfdür. Bunlar da keçəcək”.

Xəbər lenti