Bakı İdman Sarayında təşkil edilən peşəkar boks üzrə beynəlxalq turnirin son döyüşü azərbaycanlı Ramil Hacıyev və Argentina idmançısı Veron arasında baş tutub.
Mynews.az xəbər verir ki, qarşılaşmadan öncə hər iki ölkənin dövlət himni səsləndirilib. Dövlət himnimizi əməkdar artist İlahə Əfəndiyeva səsləndirib. Ancaq Əfəndiyeva himnin bəzi sözlərini yanlış oxuyub.
Qeyd edək ki, turnirdə beş ölkədən 16 boksçu “WBC Youth”, “IBF International”, “WBA Continental” və “WBA Inter-Continental” kateqoriyaları üzrə çempionluq uğrunda mübarizə aparıblar.
Həmin görüntüləri təqdim edirik.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub