Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində altı nəfər ölüb.
Mynews.az-ın APA-ya istinadən xəbərinə görə, ölənlərin hamısı qadındır.
Onlar ana, iki qızı və yaxın qohumlardır.
10:36
Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində beş nəfərin boğularaq öldüyü bildirilir.
Mynews.az APA-ya istinadən xəbərinə görə, ölənlərin hamısı qadındır.
İlkin məlumatda onlardan üçünün bir ailənin üzvü olduğu deyilir.
Traktoru idarə edən Şəhriyar qəsəbə sakini Əjdər İmanov ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə aparırmış.
Hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb.
09:57
Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Mynews.az APA-ya istinadən məlumatına görə, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində beş nəfərin öldüyü bildirilir.
Daha bir neçə nəfər xəsarət alıb.
İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.
09:43
Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az APA-ya istinadən məlumatına görə, Şəhriyar kəndində baş verən qəzada beş nəfər ölüb.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub