Azərbaycanlı döyüşçü dünya çempionu oldu
Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Bəxtiyar Abbasov növbəti beynəlxalq titulunu qazanıb.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, 33 yaşlı idmançımız MMA GEFC Global (Grand European Fighting Championship) dünya çempionu tituluna yiyələnib.
O, bu uğura Bakıda, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş MMA üzrə beynəlxalq turnirdə imza atıb.
Səksən dörd kiloqram çəki dərəcəsində çıxış edən B.Abbasov kəmər uğrunda döyüşdə braziliyalı Joze Eudes Tavareslə qarşılaşıb. Beş raundluq döyüşün ilk dəqiqələrindən üstünlüyü ələ alan idmançımız döyüşü vaxtından əvvəl qələbə ilə başa vurub. O, dördüncü raundda texniki nokautla qalib gəlib və dünya çempionu adına sahib çıxıb.
“Qəbələ”nin daha bir idmançısı turnir çərçivəsində qüvvəsini sınayıb. Yetmiş kiloqram çəki dərəcəsində çıxış edən Hüseyn Əliyev Qazaxıstan idmançısı Aybek Nurseitlə üz-üzə gəlib. Bərabər mübarizə şəraitində keçən üç raundluq reytinq döyüşü heç-heçə ilə yekunlaşıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Körpəyə siqaret verib şəklini paylaşanlara - RƏSMİ REAKSİYA 1062 dəfə oxunub
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq? 1000 dəfə oxunub
- Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək 999 dəfə oxunub
- Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - FOTO 970 dəfə oxunub
- Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur 970 dəfə oxunub