Sabirabadın Şəhriyar kəndində qəza nəticəsində ölənlərlə bağlı məlumat vermişdik.
Mynews.az Bizim Yol-a istinadən xəbər verir ki, hadisə ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Bizim Yol-a açıqlama verib. O hadisəni törədən şəxsin məsuliyyətə cəlb olunduğunu bildirib.
“Hadisənin səbəbi bəllidir. Bunlar öz torpaqlarını becərmək üçün torpaq sahələrinə gedirmişlər. Bir ailənin üzvləridir. Traktorun lapedində gediblər. Kanalın qırağında lapedin şkulkası çıxıb, aşıb çaya, bu adamlar da kanalın içində lapedin altında qalıblar boğulublar. Laped bunların üstünə aşıb. Hadisə törədən İmanov Əjdər Xudaverdi oğlu rəhmətə gedən İmanova Məlahətin həyal yoldaşıdır. Biri də qaynı arvadı. O birilər bunun qızıdı.”
“Yəni hadisə qəfildən baş verib. Sürücünün ailəsidir. Hazırda araşdırma gedir. Həmi vaxtı İmanov Əjdərin oğlu, İmanov Xalid də hadisə yerində olub, amma sürən Əjdər olub. Araşdırılacaq və günahkar kimdirsə cəzalarını alacaqlar. Mən də hazırda burda, hüzür yerindəyəm. Dəfn mərasiminin bütün xərclərini İcra hakimiyyəti qarşılayacaq.” – Deyə rayon icra başçısı Nazim İsmayılov bildirib.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub